Bakıda yol polisinin vurulması ilə bağlı araşdırmalara başlanıb17-10-2019, 11:18
Çap et Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İdarədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yol polisinin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir. Xatırladaq ki, hadisə oktyabrın 16-da Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Rayon ərazisində xidmət aparan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Qiyasov Aqşin Yaşar oğlu minik avtomobili ilə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
