Demo Sayt » hadise » Bakıda zəncirvari qəza - yola dağılan maye sürücülərə çətinlik yaratdı


Bakıda zəncirvari qəza - yola dağılan maye sürücülərə çətinlik yaratdı

20-11-2019, 06:57
Çap et
Bakıda zəncirvari qəza - yola dağılan maye sürücülərə çətinlik yaratdı Ötən gecə Bakıda zəncirvari qəza baş verib.
Hadisə Heydər Əliyev prospekti, Bağırov körpüsünün tunelində qeydə alınıb. Bir neçə avtomobilin toqquşmasına səbəb isə yola dağılan maye olub.
Qəzada zərərçəkmiş şəxslər bildiriblər ki, adıçəkilən ərazidən keçən avtomobillər tunelə düşərkən yola dağılan mayeyə görə toqquşublar və bu səbəbdən bir avtomobilə ziyan dəyib. Qəzaya görə, Heydər Əliyev prospektində qısamüddətli tıxac yaranıb.
Reytinq: