Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb11-12-2019, 07:38
Çap et DSX-dan verilən məluamata görə, dekabrın 8-i Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları tərəfindən özlərini şübhəli aparan "Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfər saxlanılıb və üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kq 750 qram (3 kq "tiryək”, 1 kq "heroin”, 750 qr "metamfetamin” və 2680 ədəd "Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüd¬lü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun isə əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib. Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
