Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - VİDEO19-02-2020, 17:41
Çap et Xalaoğlular əlbir olub evlərdən silsilə oğurluqlar ediblər. Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.3-cü Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynovu tutub. Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 ''play station'' salonundan ümumilikdə 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları isə avtobuslarda çoxsaylı cibgirliklər edən şəxsi tutub. Əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12 və 46 saylı xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimovu saxlayıb. Fərid Kərimov ifadəsindəavtobuslarda sərnişlərin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib Fərid Kərimovun paytaxt ərazisində başqa analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polisəməlumat verə bilərlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
