Demo Sayt » hadise » DTX və DSX əməliyyat keçirib - saxlanılanlar var


DTX və DSX əməliyyat keçirib - saxlanılanlar var

3-05-2020, 04:50
Çap et
DTX və DSX əməliyyat keçirib - saxlanılanlar var İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının həyata keçirdiyi əməliyyatla Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsrafil İsmayılov saxlanılıb.
Onun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı 15 kiloqram 346 qramdan artıq heroin və 962 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İrandan Azərbaycana daha bir narkotik maddə keçirmə cəhdinin qarşısı isə Dövlət Sərhəd Xidmətinin sərhədçiləri tərəfindən alınıb. Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 ədəd çantanın içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə aşkar olunaraq götürülüb. 5 nəfər -Astara rayonunun Kijəbə qəsəbə sakinləri Fərhad Əhmədov, Elməddin Teymurov, Anar Fərzizadə, Nurlan Abdullayev və Dönməz Babayev şübhəli şəxs qismində saxlanılıb. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Reytinq: