Rayonlara qanunsuz sərnişin daşıyan 3 mikroavtobus karantin postunda saxlanıldı28-12-2020, 07:17
Çap et Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı 3 mikroavtobus saxlanılıb. Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib. Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
