Gecədən bəri Bakıda 24 yol qəzası olub24-02-2021, 07:01
Çap et Gecədən bu saata qədər Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib.Bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub: “Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Gecədən bu saata qədər Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib.