Azərbaycanda 4 piyada avtomobillə vurulub: 1 ölü, 3 yaralı11-09-2015, 13:34
Çap et Sabirabad şəhərində rayon sakini Rasim Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Mənsurə Babayevanı və Ayna Abdullayevanı vurub. Sürücü və piyadalar xəstəxanaya yerləşdirilib. A.Abdullayeva orada ölüb, digərlərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Mirsəməd Seyidov vurulub. M.Seyidova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəvai Vəliyev vurulub və o, xəstəxanaya yerləşdirilib. Qeyd olunan hadisələrlə bağlı araşdırmalar davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Sabirabad şəhərində rayon sakini Rasim Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Mənsurə Babayevanı və Ayna Abdullayevanı vurub. Sürücü və piyadalar xəstəxanaya yerləşdirilib. A.Abdullayeva orada ölüb, digərlərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.