Demo Sayt » hadise » Ağstafada gəlin maşını aşdı, yaralılar var


Ağstafada gəlin maşını aşdı, yaralılar var

28-09-2015, 17:16
Çap et
Ağstafada gəlin maşını aşdı, yaralılar var Ağstafada gəlin maşını qəzaya düşüb.
Hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazaxın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən "Hyndai" markalı avtomobil "Naz-Lifan" markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı bəy xəsarət almasa da, sürücü - 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, həmin ərazidə bir həftə öncə də toya gedən avtomobil qəzaya düşmüşdü.
Fakta bağlı araşdırmalara başlanıb.
Reytinq: