Demo Sayt » hadise » Ev sahibi oğrunu “iş başında” yaxaladı


Ev sahibi oğrunu “iş başında” yaxaladı

1-10-2015, 19:31
Çap et
Ev sahibi oğrunu “iş başında” yaxaladı Paytaxtda evdən oğurluğa cəhd göstərmiş şəxs ev sahibi tərəfindən tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 30-da paytaxtın Nizami rayonunda yaşayan İldırım Yaqubovun evindən oğurluğa cəhd göstərmiş Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Əzizov ev sahibi tərəfindən tutulub.
Nizami RPİ 23-cü PB əməkdaşları tərəfindən N.Əzizovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Rəhimə Cavadovanın evindən 241 manat oğurlaması da müəyyən edilib.
Reytinq: