Demo Sayt » hadise » Tovuzda 14 yaşlı şagirdi avtomobil vurub


Tovuzda 14 yaşlı şagirdi avtomobil vurub

30-10-2015, 09:54
Çap et
Tovuzda 14 yaşlı şagirdi avtomobil vurub Tovuzda 14 yaşlı şagirdi avtomobil vurub.
Kəpəz TV xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. Repititor yanından qayıdan Düz Qırıqlı kənd sakini, Mürsəl Məmmədovu yolu keçən zaman Şəmkir rayon sakini Arzu Əliyev idarə etdiyi "Vaz 21-011" markalı avtomobillə vurub. Sürücü dərhal yaralını Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti normaldır. Hadisə şahidlərinin sözlərinə görə, havanın dumanlı çiskinli olması sürücünün diqqətini yayındırıb və nəticədə qəza baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Reytinq: