Şabran və Sumqayıtda yanğın hadisələri5-02-2016, 08:45
Çap et Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Şabran rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqdan ibarət tikilinin 1 otağında ev əşyaları 30 kv.m və digər otağın tavanı 15 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və 1.6 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan birmərtəbəli 4 otaqlı yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
