İki azərbaycanlı tələbə narkotikdən zəhərləndi - YENİLƏNİB3-03-2016, 13:27
Çap et Aksaray Universitetinin Azərbaycandan olan tələbələri - 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynov yataqxanada narkotik (bonzai) qəbul ediblər. Bir qədər sonra hər iki tələbənin vəziyyəti pisləşib. Onlar ağır vəziyyətdə Aksaray dövlət xəstəxanasına çatdırılıblar. Aparılan müalicələrdən sonra Aqşin Hüseynovun həyati təhlükəsi aradan qaldırılıb, Zeynal Zeynalovun isə vəziyyətinin hələ də ağır olduğu bildirilir. Aksaray dövlət xəstəxanasından azvision.az-a verilən məlumata görə, hazırda Zeynal Zeynalovun vəziyyəti ağır olaraq qalır: "Xəstənin vəziyyəti kritikdir. Onun durumunda hər hansı dəyişiklik yoxdur. Həkimlər tərəfindən lazımi tədbirlər görülür. Hələki Zeynal Zeynalovun vəziyyəti ağır olaraq qalır". Qeyd edək ki, Aksarayın hüquq-mühafizə orqanları yataqxanada narkotikdən istifadə ilə bağlı araşdırmalara başlayıb. 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynovun Türkiyədən deportasiya ediləcəyi gözlənilir. Türkiyənin Aksaray şəhərində iki azərbaycanlı tələbə narkotikdən zəhərlənib. BiG.AZ musavat.com-a istinadən bildirir ki, hadisə "Aral" yataqxanasında baş verib. Aksaray Universitetinin Azərbaycandan olan tələbələri - 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynov yataqxanada narkotik (bonzai) qəbul ediblər. Bir qədər sonra hər iki tələbənin vəziyyəti pisləşib. Onlar ağır vəziyyətdə Aksaray dövlət xəstəxanasına çatdırılıb. Aparılan müalicələrdən sonra Aqşin Hüseynovun həyati təhlükəsi aradan qaldırılıb, Zeynal Zeynalovun isə vəziyyətinin hələ də ağır olduğu bildirilir. Aksarayın hüquq-mühafizə orqanları yataqxanada narkotikdən istifadə ilə bağlı araşdırmalara başlayıb. 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynovun Türkiyədən deportasiya ediləcəyi gözlənilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
