İcra başçısı: Tərtərdə məcburi köçkünün evinə mərmi düşüb, 5 ev tamamilə dağılıb27-04-2016, 10:13
Çap et Bunu açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin atdığı mərmilərdən biri İsmayılbəyli kəndində 35/10 kilovatlıq elektrik yarımstansiyasında partlayıb: "Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kəndə elektrik enerjisinin verilməsi dayanıb. Hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır və artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq". Hadisə nəticəsində bir neçə kənddə 8 mənzilə də ciddi ziyan dəydiyini deyən icra başçısı bildirib ki, onlardan 5 ev və bir mal tövləsi tamamilə dağılıb: "Yuxarı Qapanlı kəndində 1 ev, Əskipara kəndində 3 ev, Seyidimli kəndində isə Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsinin evi və mal tövləsi dağılıb". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
