Bakıda 13 yaşlı qızı şantaj edən şəxs yaxalandı29-04-2016, 09:00
Çap et Qız profili ilə sosial şəbəkədən istifadə edən həmin şəxs şanataja başlayıb. “Qəhrəman”, evdəkilərdən xəbərsiz sosial şəbəkəyə girdiyini bildirən qızı hədələyərək bu barədə onun valideynlərinə xəbər verəcəyini deyib. Vəziyyəti belə görən yeniyetmə valideynlərinə, onlar isə öz növbəsındə polisə məlumat veriblər. Binəqədi rayonu Şamil Əzizbəyov küçəsi dalan 9 ev 5 ünvanında qeydiyyatda olan, faktiki olaraq isə Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 37 mənzil 40-da yaşayan 26 yaşlı Namiq Eldar oğlu Əliyevi əməliyyatçılar 13 yaşlı uşaqdan tələb etdiyi 250 manatı almağa gələn zaman yaxalayıblar. Araşdırmalar zamanı məlum olub ki, 26 yaşlı Namiq Eldar oğlu Əliyev sosial şəbəkələrdə qız adı ilə qeydiyyatdan keçərək azyaşlı qız uşaqları ilə tanış olur, daha sonra isə onlara oğlan olduğunu bildirərək müxtəlif tələblər irəli sürür. Namiq Əliyevin mobil telefonuna baxış keçirilən polislər onun müxtəlif sosial şəbəkələrdə qız adı ilə qeydiyyatdan keçdiyini müəyənləşdirib. Saxlanılan şəxs cinayət məcəlləsinin 182.1-ci, yəni “hədə qorxu ilə tələb etmə” maddəsi ilə ittiham olunur. Əməli sübuta yetirilsə Əliyevi 3 ildən 5 ilə qədər həbs gözləyir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
