Bakıda qonşu qonşunu bıçaqlayıb19-05-2016, 09:16
Çap et Bakıda qonşu qonşunu bıçaqlayıb.Hadisə Binəqədi rayonu ərazisində baş verib. Xırdalan şosesində iki qonşu arasında mübahisə yaranıb. Mübahisədən sonra 1983-cü il təvəllüdlü Qürbәtov Rәşad İbad oğlu yaşadığı evə gedib. Lakin qonşusu sakitləşməyib və bıçaq götürərək, Rəşad Qürbətovun dalınca evlərinə gəlib. Mübahisə fərdi yaşayış evinin həyətində də davam edib və qonşu 33 yaşlı Rəşad Qürbətovu bıçaqlayıb. Yaralı atası tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə məlumat verilib. Araşdırmalara başlayan polis əməkdaşları yaralının ifadəsini alıblar. Onu bıçaqlayan qonşunun tapılması istiqamətində tədbirlər görülür. Rəşad Qürbətovu bıçaqlayan şəxsin adı hələlik açıqlanmır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakıda qonşu qonşunu bıçaqlayıb.