Demo Sayt » hadise » Bakıda kafedə kütləvi dava: yaralananlar var


Bakıda kafedə kütləvi dava: yaralananlar var

7-09-2016, 09:01
Çap et
Bakıda kafedə kütləvi dava: yaralananlar var Suraxanında kütləvi dava baş verib. İnsident Qum adasında yerləşən kafelərin birində qeydə alınıb. Kafedə sərxoş olan Cəfər adlı şəxs 20 yaşlı Musa Hüseynovla mübahisə etməyə başlayıb. Kafenin sahibi olan Musa Hüseynovun qardaşı Cəfəri sakitləşdirib. Daha sonra Cəfər qəfildən əlinə bıçaq alaraq kafenin sahibinə hücum edib. Bu zaman Musa Hüseynov qardaşının qarşısına keçib və nəticədə Cəfər onu bıçaqlayıb. Musa Hüseynovdan başqa Cəfər onun dostları 20 yaşlı Oqtay Yusifov və 26 yaşlı Səbuhi Hüseynovada bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, üzərində çoxsaylı bıçaq xəsarətləri olan Musa Hüseynov dərhal əməliyyata götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər. Digər yaralılara isə, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Reytinq: