Bakıda üç maşın toqquşub, yaralanan var13-10-2016, 10:02
Çap et Üç avtomobilin toqquşması ilə nəticələnən qəza Buzovna qəsəbəsində qeydə alınıb. İdarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan 24 yaşlı Orxan Məmmədov idarəetməni itirib. Nəticədə onun maşını “Toyota” markalı iki avtomobilə çırpılıb. Qəza nəticəsində “Hyundai” deformasiyaya uğrayıb və sürücü Orxan Məmmədov xəsarət alıb. O, xəstəxanaya aparılıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya sürücü Orxan Məmmədovun avtomobili yüksək sürətlə idarə etməsi və hava şəraitini nəzərə almaması səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
