Bakıda Ermənistanda istehsal olunan spirtli içkilər müsadirə olunub30-12-2016, 11:05
Çap et Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, BBGİ əməkdaşları məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Şaqan qəsəbəsində yaşayan Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olmuş və Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxış keçiriblər. Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4042 ədəd keçmiş SSRİ-nin, 2340 ədəd Rusiya Federasiyasının metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər (spirtli içkilərdən 9 ədədi Ermənistan Respublikasında istehsal edilib) aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
