Demo Sayt » hadise » Anası üçün qardaşını güllələyənə 18 İL HƏBS CƏZASI


Anası üçün qardaşını güllələyənə 18 İL HƏBS CƏZASI

19-01-2017, 12:30
Çap et
Anası üçün qardaşını güllələyənə 18 İL HƏBS CƏZASI Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Azad Rəşidzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1971-ci il təvəllüdlü Şamaxı rayon sakini Azad Rəşidzadə ailə münaqişəsi zəminində ov tüfəngi ilə 1967-ci il təvəllüdlü qardaşı Azər Rəşidovu güllələyib. Ağır xəsarətlər alan Azad Rəşidov hadisə yerində dünyasını dəyişib. Bundan başqa, hadisə zamanı Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü Möminə İbadovaya da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Möminə İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Hadisəni törədən Azad Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur. İlkin ifadəsində bildirib ki, həmin vaxt Moskvaya gedecəkmiş. Anası qarşısını kəsərək bildirib ki, o gedəndən sonra qardaşı və qardaşı gəlini onu döyüb, söyəcəklər. Bu səbəbdən gedib qardaşı ilə mübahisə edib. Mübahisə sonda qanlı hadisəyə gətirib çıxardıb.
Reytinq: