Demo Sayt » hadise » Naxçıvan rəsmiləri İğdırdakı qəzada yaralananlara baş çəkiblər


Naxçıvan rəsmiləri İğdırdakı qəzada yaralananlara baş çəkiblər

21-02-2017, 11:10
Çap et
Naxçıvan rəsmiləri İğdırdakı qəzada yaralananlara baş çəkiblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Türkiyənin İğdır vilayətində 8 nəfərin ölümünə səbəb olan qəza zamanı yaralananlara xəstəxanada baş çəkib.
Ali Məclis sədrinin birinci müavini və onun müşayiət edən rəsmilər - Naxçıvan MR-in səhiyyə naziri Niyazi Novruzov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov və Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quiyev İğdır dövlət xəstəxanasında müalicə olunan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə maraqlanıblar.
Qəza nəticəsində dünyasını dəyişən 5 azərbaycanlıdan 3-nün şəxsiyyəti dəqiqləşib. Bunlar Fərhad Fərhadlı, Süleyman Əliyev və Zivər Səfərovadır.
Xatırladaq ki, fevralın 20-si səhər saatlarında İğdır-Naxçıvan yolunda iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5-i, yaralılardan isə 26-sı Azərbaycan vətəndaşıdır.

Naxçıvan rəsmiləri İğdırdakı qəzada yaralananlara baş çəkiblər
Reytinq: