Bakıda təcili yardımın sürücüsü döyüldü22-02-2017, 19:07
Çap et Niyaməddin adlı şəxs təcili yardım stansiyasında növbətçi həkim Abbasova ilə mübahisə edərək onu təhqir edib. Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Ancaq əsəblərini cilovlaya bilməyən şəхs, 67 yaşlı sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb. Zərərçəkmiş Vəli Sadıqov isə təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Хəstəхanasına gətirilib. İlkin müayinələr zamanı 67 yaşlı sürücüdə burun sınığı və gözünün altının hematoması aşkar edilib. Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Fakt təhqiqatçı tərəfindən araşdırılır. Döyülən sürücünün ifadəsi alınıb və məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra fakta hüquqi qiymət veriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
