Arda sevincini izləyicilərlə Quran ayəsi ilə bölüşdü10-03-2017, 09:35
Çap et Dünən futbol tarixində unudulmaz gecə yaşanıb.Çempionlar Liqasının 16-cı turunda Parisdə "PSJ"-yə 4:0 məğlub olan "Barselona" cavab matçında möcüzə reallaşdırıb. Belə ki, o, öz meydanında "PSJ" -ni 6-1 məğlub edib. "Barselona" (İspaniya) - PSJ (Fransa) - 6:1 Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62 Matçın 65-ci dəqiqəsində İnyestanın yerinə daxil olanArda Turanda qalibiyyətdə mühüm rol oynayıb. O, qələbənin ardından həm Tvitter-də, həm də İnstaqram-da paylaşım edib. Tvitter: "Siz ona futbol komandası deyirsiniz, biz "Barsa", siz "möcüzə" adlandırırsız, biz "normal". Ulduz futbolçu İnstaqram paylaşımı ilə bütün diqqətləri öz üzərinə çəkməyi bacarıb. Belə ki, o, İnstaqram-da Qurandan ayə yazıb: "Kün Feyekün" Qeyd edək ki, "Yasin" surəsində olan bu ayə "Allah ol desə, o şey olar" anlamına gəlir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Dünən futbol tarixində unudulmaz gecə yaşanıb.