FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təlim keçirib26-04-2017, 08:58
Çap et FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyi haqqında broşurlar və plakatlar paylanıb. Təlimin ikinci – praktik mərhələsində FHN DYMX-nin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin, Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilib. Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
