Demo Sayt » idman » Cüdoçu qızlardan sensasion İTTİHAMLAR


Cüdoçu qızlardan sensasion İTTİHAMLAR

3-07-2015, 18:19
Çap et
Cüdoçu qızlardan sensasion İTTİHAMLAR Birinci Avropa Oyunlarında Azərbaycan ölkə olaraq uğurlu nəticə əldə etsə də, əslində hər kəs daha çox medalı cüdo üzrə milli komandamızın üzvlərindən gözləyirdi. Çünki Azərbaycan həm də cüdo ölkəsi kimi dünyada tanınmaqdadır. Lakin 9 kişi, 9 qadın olmaqla tatami üzərinə çıxan 18 idmançıdan yalnız biri – Orxan Səfərov gümüş medal ala bildi. Təbii ki, bu nəticə yaxşı qarşılana bilməzdi. Cüdonun dünyada ən məşhur idman növlərindən biri olduğunu nəzərə alsaq, göstərilən nəticə biabırçı idi.
Azərbaycanın Avropa Oyunlarında bayraqdarı və ən böyük qızıl medal ümidimiz Elmar Qasımovun ilk görüşdə ippona düşməsi artıq hər şeydən xəbər verirdi. Kişilərdən ibarət millimizin aktivinə 1 medal yazılsa da, qadınlardan ibarət komandamız bunu da bacarmadı.
Reytinq: