Demo Sayt » idman » Bakı-2017: Təmsilçimiz finalda


Bakı-2017: Təmsilçimiz finalda

19-05-2017, 11:24
Çap et
Bakı-2017: Təmsilçimiz finalda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir.
Qadınlar arasında 10 m platforma yarışında təmsilçimiz Olqa Bıkovskaya seçmə mərhələdə birinci yeri tutaraq finala yüksəlib.
Finala, həmçinin indoneziyalı Della Harimurti və türkiyəli Sinem Sağlam vəsiqə qazanıblar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Reytinq: