“Trabzonspor” Ramil Şeydayevin transfer qiymətini açıqlayıb14-06-2017, 17:54
Çap et Slovakiya çempionu 12 oyunda 6 qol və 2 assistlə yadda qalan Şeydayevlə əməkdaşlığı uzun müddət davam etdirməyi planlaşdırır. “Jilina” rəhbərliyi bununla bağlı qarşı tərəflə artıq danışıqlara başlayıb. Slovakiyalılar həmyerlimizin transfer vərəqəsinə sahib olmaq üçün “bordo-mavililər”ə 500 min avro ödəməyə hazırdılar. Lakin bu məbləğ türkiyəliləri razı salmır. Qara dəniz təmsilçisi Ramilə görə 2 milyon avro qiymət qoyub. Bununla belə, “Trabzonspor” danışıqların uzun sürməsində maraqlı deyil. Onlar Şeydayevi az qiymətə də “Jilina”ya verməyə qarşı deyil. Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”a ötən ilin yayında yetirməsi olduğu “Zenit”dən keçmişdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
