Klublarımız Avropa Liqasında mübarizəyə başlayır29-06-2017, 11:50
Çap et Bu isə o deməkdi ki, ilk oyunlar çərçivəsində 50 görüş baş tutacaq. Turnirdəki təmsilçilərimizdən “İnter” üçün “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütündə kimin üstün olacağı böyük önəm kəsb edir. Belə ki, bakılılar Serbiyanın “Mladost” komandasını mübarizədən kənarlaşdıracaqları halda, II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə üz-üzə gələcəklər. İlkin mərhələdən azad olan “Qəbələ” isə diqqətini “Dinamo” (Batumi, Gürcüstan) - “Yagelloniya” (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə “Qəbələ”nin önünə çıxacaq. Avropa Liqasındakı digər təmsilçimiz “Zirə”nin isə növbəti mərhələyə adlayacağı halda, Rumıniyanın “Astra” klubu ilə üz-üzə gələcəyi öncədən bəlli idi. Avropa Liqası I təsnifat mərhələsi, ilk oyunlar 29 iyun 21:00. “Zirə” (Azərbaycan) - “Differdanj” (Lüksemburq) 22:30. “Mladost” (Serbiya) - “İnter” (Azərbaycan) Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
