Azərbaycan taekvondoçusu dünya çempionu oldu30-06-2017, 18:15
Çap et 80 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız mundialda rəqib tanımayıb. Belə ki, ilk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9 hesabı ilə məğlub edən 26 yaşlı taekvondoçumuz ardınca yaponiyalı Hidenori Ebatanı mübarizədən kənarlaşdırıb – 18:7. Harçeqani 1/8 finalda Raul Qarsia Martinez (İspaniya, 19:13), 1/4 finalda Moises Hernandes (Dominikan Respublikası, 6:4) üzərində qələbə qazanıb. O, finala gedən yolda moldovalı Aaron Kukla qarşılaşıb. Milad titullu rəqibinə 41:5 hesabı ilə qalib gəlib. Təmsilçimiz həlledici görüşdə Anton Kotkovla gücünü yoxlayıb və ondan da güclü olduğunu sübuta yetirməklə (21:3), dünya çempionu tituluna yiyələnib. Qeyd edək ki, Miladdan öncə Məmmədov (63 kq) dünya çempionatının bürünc medalını qazanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
