Qurban Qurbanovun yubiley oyunu31-07-2017, 20:11
Çap et “Qarabağ”ın baş məşqçisi Tiraspolda Moldova “Şerif”inə qarşı keçiriləcək görüşədək 69 dəfə qitə miqyaslı turnirlərdə yetirmələrinə rəhbərlik edib. Bu görüşlərdən 2-si “Neftçi”, 67-si “Qarabağ”ın “sükanı arxası”nda gerçəkləşib. 2007/08 mövsümündə “ağ-qaralar”ın çalışdırıcısı kimi Avstriya “Rid”i ilə səfər sınağı Qurbanovun Avropada baş məşqçi kimi debütü olub. UEFA kubokunun 10 il əvvəlki matçında 1:3 hesablı yenilgiyə üzülən mütəxəssis sonradan 30 qələbə sevinci yaşayıb. 20 dəfə bərabərlik görən Qurbanovun komandaları 19 dəfə məğlub olub. Çalışdırıcının yetirmələri rəqib qapılarına 80 qol vurubsa, 64-nü buraxıb. Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu sabah Tiraspolun “Şerif” stadionunda keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
