“Panatinaikos” Bakıya 21 futbolçu ilə gəlir2-08-2017, 15:51
Çap et Baş məşqçi Marinos Ozunidis ilk görüşlə müqayisədə bu dəfə 2 yox, 3 qapıçının adını heyətə daxil edib. Belə ki, İngiltərə klublarına transferi gündəmdə olduğu üçün Yunanıstandakı matçı buraxan Luk Stil bu dəfə komanda ilə birgə olacaq. Həmçinin, Giorgos Kutroubis və Paskalis Staykos da ilk dəfə “Qəbələ”yə qarşı oynamaq imkanı əldə ediblər. Əvəzində ilk görüşdə iştirak edən Brayan Kabezas, Dimitrios Emmanulidis və Lautaro Rinaldi bu dəfə baş məşqçinin diqqətindən kənarda qalıblar. Rasmus Telander klubla problemi olduğu, Lukas Villifanez isə zədədən əziyyət çəkdiyi üçün yenə şans qazanmayacaq. Qapıçılar: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 17. Robin Lod, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 18. Lusiano, 21. Dimitris Kurbelis Hücumçular: 8. Gilyermo Molins, 49. Sotiris-Pantelis Pispas Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Panatinaikos” oyunu saat 21:00-da başlayacaq. İlk matçda yunanlar öz meydanlarında 1:0 hesablı qələbə qazanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
