Azərbaycan futbol tarixinin ən vacib günü23-08-2017, 10:37
Çap et Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu hesab cavab oyunu öncəsi "Qarabağ"ın Azərbaycan futbol tarixinə Çempionlar Liqasının qrup mərhələsindəki ilk komanda kimi düşmək şansını artırır. Belə ki, səfərdə istənilən hesablı heç-heçə, hətta minimal fərqli, amma qollu məğlubiyyət də təmsilçimizin lehinə olacaq. Ağdam klubu Danimarkaya yüksək əhval-ruhiyyə ilə yollanıb. "Qarabağ" 19 il öncə 0:6 hesabı ilə uduzduğu Kopenhagendə tarix yazmağa köklənib. Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında isə 60-cı sınağı olacaq. Çempionlar Liqası Pley-off mərhələsi Cavab oyunu 23 avqust 22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) Baş hakim: Alberto Undiano Mallenko Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya) Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya) UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya) Kopenhagen. “Tella Parken” stadionu İlk oyun – 0:1 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
