Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər6-09-2017, 11:19
Çap et Belə ki, komandamızın yarışa qatılan aparıcı idmançılarının əksəriyyəti mövqelərini yaxşılaşdırıblar. Mundialı bürünc medalla başa vuran İrina Kindzerska (+78 kq) 10 pillə irəliləyib. Reytinq xalını 2263-ə çatdıran cüdoçu 8-ci yerə yüksəlib. Budapeştdən gümüş medalla qayıdan Rüstəm Orucov (73 kq) 2-ci pillədəki mövqeyini qoruyubsa, Orxan Səfərov 4 rəqibini qabaqlamaqla 2-ci yerə qalxıb. Mundialda 7-ci olan Məmmədəli Mehdiyev (90 kq) də 4 pillə irəliləyib. O, siyahıda 12-cidi. Dünya çempionatında bürünc medal alan Elmar Qasımov (100 kq) 2, onun 3-cü yer uğrunda məğlub etdiyi Elxan Məmmədov 1 pillə yüksəlib. Onlar müvafiq olaraq, 3-cü və 2-cidi. Hidayət Heydərov (73 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) isə mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 5-ci, 21-ci və 35-ci yerdədilər. Millimizin digər üzvlərinə gəlincə, Rüfət İsmayılovla (81 kq) Tural Səfquliyev (+90 kq) hərəyə 3, Nicat Şıxəlizadə (66 kq) 4 pillə aşağı düşüb. İsmayılov 20-ci, Səfquliyev 16-cı və Şıxəlizadə 11-ci yerdə qərarlaşıb. Dünya çempionatında cəmi 1 qələbə qazanan Nəzakət Əzizova (52 kq) isə hamıdan çox irəliləyib. O, 13 pillə yuxarı qalxmaqla, 43-cü yerə yüksəlib. Leyla Əliyeva (48 kq) da 1 rəqibini qabaqlamaqla, 53-cü yerə qalxıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
