Ulduzlar çimərlik voleybolu oynayacaq15-09-2017, 15:31
Çap et Lent.az xəbər verir ki, layihəyə Xəyyam Mustafazadə, Zamiq Hüseynov, Fuad Musayev, Azad Şabanov, Sərxan Bünyadzadə, Mirələm Mirələmov ulduz oyunçu kimi qatılacaqlar. Azərbaycan estradasının tanınmış müğənniləri Manana Caparidze, Samira Allahverdi, Sevda Yəhyayeva və digərləri tədbirdə konsert proqramı ilə iştirak edəcək. Bu il 2 yaşını qeyd edən Su İdmanı Sarayı ən müasir texnologiya və standartlara uyğun olaraq inşa edilmiş, qısa müddət ərzində respublikada idmanın inkişafına böyük təkan vermişdir. 2500 m2 ümumi əraziyə malik kompleksdə müxtəlif idman növləri ilə məşğul olmaq imkanı yaradılmışdır. Bu imkandan həm peşəkar idmançılar, həm həvəskarlar, həm də uşaqlar yararlana bilər. Tədbirə hər kəs dəvətlidir. Biletləri iticket.az, Su İdmanı Sarayı, şəhərin mərkəzi kassaları və Asan xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Qeyd edək ki, tədbirin informasiya dəstıkçisi Lent.az-dır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
