“Trabzonspor” klubunun baş məşqçisi istefaya göndərilib16-10-2017, 10:19
Çap et “Trabzonspor”un çalışdırıcısı Ersun Yanal qovulub. Bu barədə Super Liqanın rəsmi yayım orqanı “BeİN Sport” xəbər yayıb. Bildirilib ki, klub rəhbərliyi baş məşqçi ilə danışıb və vəzifəsinə son verməyi qərara alıb. Mövsümə uğursuz başlayan “qaradənizlilər”in son oyunda “Akhisar”a 1:6 hesabı ilə məğlub olması rəhbərliyin səbrini sona çatdıran son həmlə olub. Qeyd edək ki, “Trabzonspor” geridə qalan 8 oyundan sonra topladığı 9 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
