Azərbaycan millisi ilə yeni müqavilə bağlaya bilərəm` - Robert Prosineçki26-10-2017, 15:27
Çap et Ölkəsi Xorvatiyada sportarena.hr saytına açıqlama verən Prosineçki millimizdə qalacağını istinsna etməyib. O, bu gün AFFA rəhbərliyi ilə görüşəcəyini bildirib: "Bakı fantastik şəhərdi. Burda iş görmək üçün hər cür şərait var. Övladlarım beynəlxalq məktəbdə təhsil alırlar. Azərbaycanda olmaq mənim üçün böyük şərəfdi. Bu yığma ilə çox iş gördük. Bunu qiymətləndirməmək olmaz. Amma yeni müqavilə imzalamağın ambisiyama uyğun olub-olmayacağına əmin deyiləm. Yeni hədəflər uğrunda özümü yoxlamaq istərdim. Buna görə də, hələ qəti qərarımı verməmişəm”. Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə müqavilə müddəti dekabra qədərdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
