Demo Sayt » idman » Bu da irqçiliyin nəticəsi: 5 il stadiona buraxılmayacaq


Bu da irqçiliyin nəticəsi: 5 il stadiona buraxılmayacaq

23-07-2015, 10:32
Çap et
Bu da irqçiliyin nəticəsi: 5 il stadiona buraxılmayacaq “Çelsi”nin azarkeşi Riçard Barkli 5 il ərzində futbol matçlarını stadiondan izləyə bilməyəcək.
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə London məhkəməsi qərar verib.
Buna səbəb 50 yaşlı azarkeşin bu ilin fevralında Paris metrosunda irqçi hərəkətlərə yol verməsidir. Həmin vaxt londonlu azarkeşlər qaradərili kişini qatara buraxmamışdılar.
Qeyd edək ki, həmin vaxt “Çelsi” Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə 1:1 hesablı heç-heçəyə nail olmuşdu.
Reytinq: