Demo Sayt » idman » "Real" uduzdu və İspaniya Kubokundan kənarda qaldı


"Real" uduzdu və İspaniya Kubokundan kənarda qaldı

26-01-2018, 10:40
Çap et
"Real" uduzdu və İspaniya Kubokundan kənarda qaldı "Real Madrid" komandası İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Leqanes"i qəbul edib.
Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Xavyer Eraso (31-ci dəqiqə) və Qabriel (55-ci dəqiqə) fərqləniblər. Meydan sahiblərindən Kərim Benzema seçilib (51-ci dəqiqə).
Xatırladaq ki, komandalar arasında ilk oyun yanvarın 18-i baş tutmuşdu və "Real"ın 1:0 hesablı qələbəsi ilə bitmişdi.
Beləliklə, səfərdə vurulan qolların hesabına "Leqanes" komandası İspaniya Kubokunun yarımfinalına yüksəlib.
Reytinq: