Aleksis Sançes şərti həbs cəzası aldı9-02-2018, 10:28
Çap et Buna ulduz futbolçunun İspaniyanın "Barselona” klubunda oynadığı dövrdə vergidən yayınması səbəb olub. Bununla bağlı keçirilən məhkəmə prosesində futbolçu vergidən bilərəkdən yayındığını etiraf edib. 29 yaşlı futbolçu 2012 və 2013-cü illərdə imic gəlirlərindən təxminən 1 milyon avronu İspaniya hökumətindən gizlədib. Bu üzdən də məhkəmə futbolçuya 16 ay həbs cəzası kəsib. Lakin onun bu cəzası şərti xarakteri daşıyır. Belə ki, Sançes faizi ilə birgə 1,5 milyon avronu İspaniya hökumətinə ödəməklə həbsdən qaçmağa nail olub. Lakin ona qarşıdakı iki il sınaq müddəti kimi təyin olunub. Bu müddətdə o, oxşar hərəkətə yol verməməlidi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
