Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib15-02-2018, 10:22
Çap et Növbəti matçlar İspaniya və Portuqaliyada baş tutub. Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış "Real” PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəltdiklərini bir daha isbatlayıblar. Qarşılıqlı hücumlar şəraitində keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Kriştianu Ronaldo dubl etdiyi halda, digər qola Marselo imza atıb. PSJ-nin qolunun müəllifi isə Adrien Rabio olub. Günün digər matçında "Porto” və "Liverpul” üz-üzə gəlib. Qonaqlar rəqibə göz açmağa imkan verməyiblər. 5:0 hesablı qələbə qazanan "Liverpul" növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar "Real” (Madrid, İspaniya) – PSJ (Fransa) - 3:1 Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33 "Porto” (Portuqaliya) – "Liverpul” (İngiltərə) - 0:5 Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
