ÇL, yarımfinal: "Bavariya" "Real"ı qəbul edir25-04-2018, 11:37
Çap et Turnirin son qalibi "Real” Almaniyada "Bavariya”nın qonağı olacaq. Bu kollektivlər avrokuboklarda rekord sayda – 25-ci dəfə üz-üzə gələcəklər. Madridlilər ötən mövsüm 1/4 finalda məhz münhenliləri mübarizədən kənarlaşdırıblar. "Bavariya” Yupp Haynkesin rəhbərliyi altında 3 dəfə ÇL-də çıxış edib və hamısında da finala yüksəlib. "Real” isə Zinəddin Zidanın baş məşqçiliyində ardıcıl 3-cü dəfə yarışın qalibi olmağı hədəfləyib. 2013-cü ildə "Bavariya” ilə ÇL-i qazanan Haynkes, 1998-ci ildə "Real”ın baş məşqçisi qismində də anoloji uğura imza atıb. Çempionlar Liqası. Yarımfinal, ilk oyun 25 aprel 22:45. "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya) Baş hakim: Byörn Keypers (Hollandiya) Qeyd edək ki, digər ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə "Roma"nı darmadağın edib - 5:2. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
