DÇ-2018-də üçüncü tur başlayır - Günün oyunları25-06-2018, 13:23
Çap et Bu gün üçüncü turun ilk 4 oyunu keçiriləcək. Görüşlər A və B qruplarını əhatə edəcək. A qrupunda 1/8 finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya yığmaları arasındakı oyun qrup liderliyi baxımından əhəmiyyət kəsb edəcək. Qrup lideri olmaq üçün Rusiyaya heç-heçə, Uruqvaya isə mütləq qələbə lazımdır. Qrupun digər oyununda Səudiyyə Ərəbistanı ilə Misir yığmaları üz-üzə gələcək. Hər iki millinin növbəti mərhələyə yüksəlmə şansları olmadığından matç formal xarakter daşıyır. Qrupun hər iki oyunu saat 18:00-da başlayacaq. A qrupundan fərqli olaraq B qrupunda 3 milli növbəti mərhələ uğrunda mübarizə aparır. Hazırda qrupa hərəyə 4 xal toplayan İspaniya və Portuqaliya yığmaları rəhbərlik edir. 3 xala malik İran millisi isə növbəti mərhələyə yüksəlmək üçün Portuqaliyanı mütləq məğlub etməlidir. Digər görüşdə isə İspaniya və Mərakeş komandaları üz-üzə gələcəklər. Qrupun hər iki oyunu saat 22:00-da başlayacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
