Demo Sayt » idman » Bolt Avropa klubundan 2 illik təklif alıb


Bolt Avropa klubundan 2 illik təklif alıb

16-10-2018, 10:41
Çap et
Bolt Avropa klubundan 2 illik təklif alıb Klubun adı açıqlanmayıb
Səkkizqat olimpiya çempionu Useyn Bolt Avropanın futbol klublarından birindən təklif alıb.
Bu barədə məlumatı Boltun agenti Toni Rallis verib. Rallis klubun adını açıqlamayıb.
Ancaq bildirib ki, həmin klubun yeni sahibi var. Yeni rəhbərlik isə komandanı Çempionlar Liqasının qrup mərhələsində görmək istəyir.
Agent, Bolta 2 illik müqavilə təklif olunduğunu da bildirib. Onu da qeyd edək ki, Useyn Bolt peşəkar futbolçu karyerasına Norveçin "Stromqodset” komandasında başlayıb. O, bir neçə ay əvvəl Avstraliyanın "Sentral Kost Mariners” klubuna transfer olunub.
Reytinq: