"Real"ın yeni baş məşqçisinin kimliyi ilə bağlı şok iddia23-10-2018, 11:11
Çap et Mövsümə uğursuz başlayan və son 5 turda qələbə üzünə həsrət qalan "Real"ın baş məşqçisi Julen Lopeteguinin kreslosu laxlayır.İspaniya mətbuatı baş məşqçinin tezliklə istefaya göndəriləcəyini yazır. Həmkarlarımız "Real"ın baş məşqçisi postuna namizədlər arasında ürpriz bir ada da yer verir. İddialara görə, "Kral Klubu"nun saiq üzvü Quti Hernandes komandaya baş məşqçi təyin oluna bilər. Qeyd edək ki, Quti 1996-2000-ci illərdə "Real"da çıxış edib. O, yayda "Real"ın akadesiyasından ayrılaraq "Beşiktaş"ın baş məşqçisi təyin edilib. Bir neçə gün əvvəl Qutinin Türkiyə klubundan ayrıldığı iddia olunsa da, Madriddə UEFA-nın məşqçi kursuna qatıldığı müəyyənləşmişdi. Quti "Real"dan ayrılaraq "Beşiktaş"a gəlməsinin səbəbini belə izah edib: "Real"ın akademiyasından ayrılıb Türkiyəyə gəlmək səbəbim ən qısa zamanda bir komanda çalışdıra biləcək səviyyəyə gəlməkdi. Bu məsələdə səbirli olmalıyıq. Hazırda "Beşiktaş"dakı işimdən razıyam. "Real"ın hansı vəziyyətdə olduğunu bilmirəm. Düzünü bilmək istəyirsinizsə, hadisələrin gedişini izləmirəm. Çünki diqqətimi "Beşiktaş"dakı işimə yönəltmişəm". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Mövsümə uğursuz başlayan və son 5 turda qələbə üzünə həsrət qalan "Real"ın baş məşqçisi Julen Lopeteguinin kreslosu laxlayır.