Demo Sayt » idman » Arvadı Mauro İkardinin oynayacağı klubu açıqladı


Arvadı Mauro İkardinin oynayacağı klubu açıqladı

18-12-2018, 10:15
Çap et
Arvadı Mauro İkardinin oynayacağı klubu açıqladı "Real"ın uzun müddətdi heyətinə qatmaq istədiyi Mauro İkarda "İnter"də qalacaq.
Bu barədə argentinalı futbolçunun həyat yoldaşı və meneceri Vanda Nara məlumat verib.
Nara "Twitter"də etdiyi paylaşımda "Gecə saat 00.30-du və mən hələ də müqavilənin səhifələrini oxuyuram" yazıb və həyat yoldaşını etiketləyib.
Bundan sonra "İnter"in İkardi ilə 2023-cü ilədək yeni müqavilə imzaladığı və maaşını 7 milyon avroya qaldırdığı bildirilib.
Qeyd edək ki, İkardi bu mövsüm oynadığı 19 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
Reytinq: