“Barselona” “Sevilya”nı böyük hesabla məğlub edib31-01-2019, 10:50
Çap et İlk oyunda səfərdə "Sevilya”ya 0:2 hesabı ilə məğlub olan kataloniyalılar "Nou Kamp” stadionunda böyük hesabla qalib gəliblər – 6:1. "Barselona”nın heyətində Filippe Koutinyo (13 p, 53), İvan Rakitiç (31), Sergi Roberto (54), Luis Suares (89), Lionel Messi (90) fərqləniblər. "Sevilya”nın yeganə qolunu isə matçın 67-ci dəqiqəsində Gilyerme Arana vurub. Bu qələbədən sonra "Barselona” İspaniya kral kuboku turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb. İndiyədək "Valensiya” və "Real Betis” yarımfinala vəsiqəni təmin ediblər. Dörddəbir final mərhələsinin sonuncu görüşündə "Real Madrid” ilk görüşdə "Santiaqo Bernabeu”da 4:2 hesabı ilə məğlub etdiyi "Girona” ilə qarşılaşacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
