Devid Bekhem filmə çəkilib24-08-2015, 17:26
Çap et Çəkilişlər İngiltərənin “Belstaff” brendinin futbolçu ilə bağladığı müqavilə əsasında həyata keçirilib. Lentin icraçı direktoru aktrisa Liv Tayler, rejissoru Ceremi Casper olub. Filmin süjeti Meksikada cərəyan edir. D.Bekhemin qəhrəmanı bir vaxtlar sevdiyi sirk aktrisasının axtarışına yollanan baykerdir. Sevgili rolunda amerikalı aktrisa Ketrin Uoterston çəkilib. Filmin premyerası sentyabrda Londonda moda həftəsi zamanı keçiriləcək. Xatırladaq ki, “Belstaff” 1924-cü ildə Böyük Britaniyada təsis olunan paltar brendidir. Şirkət su keçirməyən jaketlərin istehsalında ixtisaslaşıb. “Belstaff” həmçinin “Roma” futbol klubunun əsas sponsorlarından biridir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
