Demo Sayt » idman » ABŞ Futbol Federasiyası Yurgen Klinsmana 3,3 milyon dollar təzminat ödəyib


ABŞ Futbol Federasiyası Yurgen Klinsmana 3,3 milyon dollar təzminat ödəyib

20-02-2019, 10:22
Çap et
ABŞ Futbol Federasiyası Yurgen Klinsmana 3,3 milyon dollar təzminat ödəyib ABŞ Futbol Federasiyası bu ölkənin milli komandasının sabiq baş məşqçisi almaniyalı Yurgen Klinsmana 3,3 milyon dollar məbləğində təzminat ödəyib.
Bu barədə xarici mediaya istinadən xəbər veririk.
Y.Klinsmanın istefaya göndərilməsinin səbəbi ABŞ yığmasının dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışı olub. Keçirdiyi hər iki görüşdə məğlub olan ABŞ millisi qrupda sonuncu pillədə qərarlaşıb.
Almaniyalı mütəxəssis 2011-ci ildən ABŞ yığmasına rəhbərlik etməyə başlayıb. 2013-cü ildə onun müqaviləsinin müddəti daha beş il uzadılsa da, mütəxəssis 2016-cı ilin noyabrında istefaya göndərilib.
Reytinq: