“Yuventus” UEFA Çempionlar Liqasının dörddəbir finalına yüksəlib13-03-2019, 10:44
Çap et Madriddə oynanılan ilk görüşdə İtaliya təmsilçisi 0:2 hesabı ilə məğlub olduğu üçün cavab qarşılaşması "Yuventus”un ardıcıl hücumları şəraitində keçib. Sürətli idman mübarizəsinin yaşandığı görüş Turin təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Hər üç qolu oyunun qəhrəmanı olan Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu matçın 27-ci, 48-ci və 86-cı (11 metrlik cərimə zərbəsi) dəqiqələrində adını tabloya yazdırıb. Beləliklə, ilk görüşdə məğlub olmasına baxmayaraq, inamlı qələbə qazanan "Yuventus” qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirib. "Atletiko Madrid” isə final qarşılaşmasının doğma arenasında – "Metropolitano” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
