Karateçilərimiz İspaniyada qızıl, gümüş və 2 bürünc medal qazanıb3-04-2019, 10:17
Çap et Azərbaycan Milli Karate Federassiyasının Media və İctimaiyyətlə İşlər şöbəsindən verilən məlumata əsasən, Para-Karate yarışlarının gözdən zəif idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu olub. Fərdi kumite yarışlarında Rafael Ağayev (-75 kq) gümüş medala, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafata sahib olublar. Daha bir bürünc medalı Roman Heydərov (kata) qazanıb. Nuranə Əliyeva (-50 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası bürünc medal uğrunda görüşdə qələbəni əldən veriblər. Rafiz Həsənov (-67 kq) və Ayxan Mamayev (-84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər. Nəticələrdən başqa, mərhələ keçən İdmançılarımız dünya reytinq cədvəli ilə birgə, 2-ci Avropa oyunları və 2020-ci ildə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda reytinq xallarını artırıblar. Yaxın günlərdə 2-ci Avropa Oyunlarına vəsiqə qazanan karateçilərin siyahısı açıqlanacaq. Böyüklərin 54-cü Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edib. Azərbaycan medal qazana bilən 26 ölkə arasında 10-cu yeri tutub. Qitə çempionatının sonunda təşkilatçı ölkə kimi İspaniya Karate Federasiyasının prezidenti Antonio Marquenyo və Avropa Karate Federasiyasının (EKF) 1-ci Vitse-Prezidenti Jiri Bocek, EKF-in bayrağını 2020-cu ildə 55-ci Avropa çempionatının təşkilatçısı Azərbaycana təqdim ediblər. Aəzrbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov rəsmi mərasimdə EKF-in bayrağını qəbul etdi. Növbəti qitə çempionatı gələn ilin martında paytaxtımızda təşkil olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
